RU
Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülüb
12:00
41

Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülüb

Polis əməkdaşları ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 12-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd müxtəlif markalı avtomat silahı, 3 ədəd qumbara, 3 alışdırıcı, 32 ədəd müxtəlif markalı tüfəng, 3 patron darağı və 57 ədəd patron təhvil götürüblər.

Həmçinin, ötən gün qanunsuz saxlanılan 3 ədəd müxtəlif markalı tüfəng aşkar edilərək götürülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ