RU
Ötən gün vətəndaşlardan tapança və avtomatlar götürülüb
11:50
30

Ötən gün vətəndaşlardan tapança və avtomatlar götürülüb

Polis əməkdaşları ötən gün vətəndaşlardan qanunsuz saxlanılan tapança və avtomatlar götürüblər.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 4-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 ədəd avtomat silahı, 1 tapança, 8 ədəd müxtəlif markalı tüfəng, 1 patron darağı və və 169 ədəd müxtəlif çaplı patron təhvil götürülüb.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ