RU
Ötən gün özünü qatar yoluna atan qadın xəstəxanaya yerləşdirilib
13:50
272

Ötən gün özünü qatar yoluna atan qadın xəstəxanaya yerləşdirilib

Ötən gün Bakı Metropoliteninin "Azadlıq prospekti" stansiyasında özünü qatar yoluna atan qadın 1988-ci il təvəllüdlü Mirzəxanova Elnarə Minətulla qızının son durumu açıqlanıb.

Qadın Kliniki Tibbi Mərkəzə aparılıb.

Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu isə "Report"a açıqlamasında bildirib ki, yaralı dünən gecə saatlarında qapalı kəllə-beyin travması ilə reanimasiya şöbəsinə yerləşdirilib.

Onun sözlərinə görə, hazırda onun müalicəsi davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ