RU
Ötən həftə ərzində 13-ü azyaşlı olmaqla 41 nəfər xilas edilib - FHN
11:30
43

Ötən həftə ərzində 13-ü azyaşlı olmaqla 41 nəfər xilas edilib - FHN

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 13-ü azyaşlı olmaqla 41 nəfər xilas edilib.

Bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, həmçinin 5 nəfər xəsarət alıb, 5 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Qeyd edilib ki, Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 211 yanğına çıxış, 28 halda köməksiz vəziyyətdə qalma, 7 avtonəqliyyat qəzası və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ