RU
Ötən il Ali Məhkəmədə baxılan işlərin sayı açıqlanıb
21:40
723

Ötən il Ali Məhkəmədə baxılan işlərin sayı açıqlanıb

Ötən il Ali Məhkəmədə baxılan işlərin sayı açıqlanıb.

Ali Məhkəmədən 7NEWS.Az-a verilən məlumata görə, icraatında 2021-ci ildə 14,256 iş olub, bu isə 2020-ci illə müqayisədə 1,859 iş (15% artım) daha çoxdur.

Mülki Kollegiyada 2021-ci ildə 6,113 işə baxılıb ki, bu da 2020-ci illə müqayisədə 894 iş (17,1 % artım) daha çoxdur. Kommersiya Kollegiyasında 2021-ci ildə 494 işə baxılıb ki, bu da 2020-ci illə müqayisədə 231 iş (87,8 % artım) daha çoxdur. Cinayət Kollegiyasında 2021-ci ildə 2,161 işə baxılıb ki, bu da 2020-ci illə müqayisədə 956 iş (79,3 % artım) daha çoxdur.

İnzibati Kollegiyada isə əksinə 2021-ci ildə 2,150 işə baxılıb ki, bu da 2020-ci illə müqayisədə 80 iş (3,6 % azalma) daha azdır.

Ümumiyyətlə isə, Ali Məhkəməyə 2021-ci ildə 11,314 iş daxil olub, bu isə 2020-ci illə müqayisədə 1,326 iş (13,3 % artım) daha çoxdur. Qeyd edilib ki, ləğv olunan məhkəmə qərarlarının sayında da 2021-ci ildə artım olub. Belə ki, 2021-ci ildə 2,520 qərar Ali Məhkəmə tərəfindən ləğv edilib ki, bu da 2020-ci illə müqayisədə 572 qərar daha çoxdur.

Plenumda qeyd edilib ki, 2021-ci ildə Ali Məhkəmənin Plunumunda da baxılan işlərdə artma müşahidə olunub. Belə ki, 2020-ci ildə Plenumda 16 işə baxıldığı halda, 2021-ci ildə 30 işə baxılıb.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ