RU
Ötən il Bakıda 61 uşaq sığınacağa təhvil verilib
19:30
395

Ötən il Bakıda 61 uşaq sığınacağa təhvil verilib

Ötən il Bakıda 61 uşaq sığınacağa təhvil verilib, onlarla bağlı hüquqi tədbirlər görülüb.

Daxili İşlər Nazirliyindən 7NEWS.Az-a bildirilib ki, 2021-ci ildə paytaxt ərazisində yetkinlik yaşına çatmayanlara tütün məmulatı satılması ilə bağlı 14 reyd keçirilib.

Bildirilib ki, 5 nəfər barəsində inzibati xəta haqqında protokol tərtib edilib.

Qeyd edilib ki, Bakı Şəhər Baş Polis İdarəsinin rayon polis idarələrinin əməkdaşları tərəfindən 121 maarifləndirici görüş, 347 reyd keçirilib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ