RU
Ötən il Bakıda 91 şagirdin icbari təhsildən yayınması aşkarlanıb
12:10
82

Ötən il Bakıda 91 şagirdin icbari təhsildən yayınması aşkarlanıb

Ötən il Bakı şəhərində 91 şagirdin icbari təhsildən yayınması aşkarlanıb.

Bu barədə Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun 2022-ci il üzrə hesabatında bildirilir.

Qeyd edilib ki, həmin şagirdlərin valideynləri xəbərdarlıq edilməklə dərsə davamiyyətləri təmin olunub.

Məlumata görə, respublikanın rayonlarını da əhatə edən bu qəbildən tədbirlərlə sosial həssas ailələrin və həmin ailələrdə olan uşaqların siyahısı hazırlanıb, onların təhsildən yayınmasının, qanunsuz əməllərə təhrik edilməsinin və məcburi əməyə cəlb olunmasının qarşısının alınması məqsədilə hər biri ilə fərdi profilaktik iş aparılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ