RU
Ötən il yetkinlik yaşına çatmayanlara tütün satan 270 şəxs cərimələnib
19:50
564

Ötən il yetkinlik yaşına çatmayanlara tütün satan 270 şəxs cərimələnib

Ötən il yetkinlik yaşına çatmayanlara tütün satan 270 şəxs cərimələnib.

Bu barədə 7NEWS.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumilikdə, 2021-ci il ərzində respublikanın şəhər, rayon polis orqanları tərəfindən keçirilən tədbirlər nəticəsində "Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanunla qadağan edilmiş yerlərdə tütün çəkdiklərinə, tütün məmulatları tullantılarını ətraf mühitə atdıqlarına görə 3 422, tütün məmulatlarını yektinlik yaşına çatmayanlara satdıqlarına görə 270 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 212.1-ci, 212.4-cü və 455.2-ci maddələrinə əsasən inzibati tənbeh tədbiri tətbiq olunub.

Tətbiq edilmiş cərimələr 133 140 manat təşkil edib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ