RU
Ötən sutka 4 nəfər xilas edilib - FHN
15:30
804

Ötən sutka 4 nəfər xilas edilib - FHN

Ötən gün Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 30 yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-dən 7News.Az-a verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 4 nəfər, o cümlədən Bakı şəhərinin Nəsimi rayonunda intihara cəhd edən 1 nəfər xilas olunub.

Həmçinin Mingəçevir şəhərində ikimərtəbəli yaşayış binasında yerləşən mənzildə məişət qazının sızması nəticəsində yanğınla nəticələnən partlayış hadisəsi zamanı evdə olan 2 nəfər müxtəlif xəsarətlər alıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ