Bakıda təndir sexində yanğın olub.
7News.Az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Xətai rayonu M. Rüstəmov küçəsində qeydə alınıb.
Yanğına təbii qaz sızması səbəb olub. Nəticədə orada işləyən Bakı şəhər sakini Tamella Qəmbərova yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.








