RU
Təndiri yandırmaq istəyən qadın evi partlatdı – Yaralı var
17:00
229

Təndiri yandırmaq istəyən qadın evi partlatdı – Yaralı var

Gəncə şəhərində mənzillərin birində qazın partlaması nəticəsində qadın ağır yanıq xəsarətləri alıb.

7News.Az BAKU.WS-iə istinadən xəbər verir ki, hadisə bu gün Cavad Xan qəsəbəsində təxminən saat 09:30-da qeydə alınıb.

1961-ci il təvəllüdlü Gəncə şəhər sakini Flora Həşimova evdə təndiri yandırarkən, güclü partlayış baş verib. Qadın müxtəlif yanıq xəsarətləri ilə xəstəxanalardan birinə yerləşdirilib.

Yaralının vəziyyətinin ağır olduğu, onun 3-cü dərəcəli yanıq xəsarətləri aldığı bildirilir.

Yaralının Bakıdakı xəstəxanalardan birinə aparılması nəzərdə tutulub.

Faktla bağlı araşdırma aparılır. 

 
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ