Tennisçilərimiz Gənclər üzrə Olimpiya Oyunlarının Avropa təsnifat turnirində iştirak edəcəklər.
Gənclər və İdman Nazirliyindən 7News.az-a verilən məlumata görə, fevral 12-dən 13-dək Çexiyanın Xodonin şəhərində gənclər üzrə Olimpiya Oyunlarının Avropa təsnifat turniri keçiriləcəkdir. 33 oğlan və 29 qız tennisçinin qatıldığı turnirdə qalib gələn 4 idmançı 2018 Buanes –Ayres Gənclərin Olimpiya Oyunlarına lisenziya qazanacaq. Artıq 1 nəfər idmançimiz lisenziya qazanıb.
7News.az








