RU
Təqaüdçüləri aldadaraq pullarını mənimsəyən şəxs tutuldu — VİDEO
23:00
331

Təqaüdçüləri aldadaraq pullarını mənimsəyən şəxs tutuldu — VİDEO

Bankomatın qarşısında dayanan təqaüdçülərə qarşı fırıldaqçılıq edən şəxs saxlanılıb.

Bir neçə ahıl, Xətai rayon polis idarəsinə müraciət edib ki, Məhəmməd Hadi küçəsində olan bankomatdan pensiyaları çəkilib.

Ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə müəyyən edilib ki, həmin şəxslərin pulunu Mübariz Quliyev çəkib. Çox çəkməyib ki, adı çəkilən şəxs saxlanılıb.

Polis müəyyən edib ki, Mübariz Quliyev bu üsulla ötən il Xətai rayonu ərazisində bir neçə nəfərin ümumilikdə 3300 manat pulunu mənimsəyib.

Faktla bağlı dələduzluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanıb./xezerxeber

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ