RU
Ter-Petrosyan Paşinyanı sərt tənqid etdi
12:00
34

Ter-Petrosyan Paşinyanı sərt tənqid etdi

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan hazırkı baş nazir Nikol Paşinyanı sərt tənqid edib. 

7News.Az Ermənistan mediasına istinadən xəbər verir ki, o, Paşinyanı ölkəni dağıtmaqda ittiham edərək tarixi paralellər aparıb.

Ter-Petrosyan qeyd edib ki, əgər qədimdə hökmdarlar təsadüfən dövlətlərini məhv edirdilərsə, Paşinyan bunu bilərəkdən edir. Onun sözlərinə görə, baş nazirin müxalifətə qarşı gündəlik təhqirləri və hədələri bunun sübutudur.

"Paşinyan ölkəyə o qədər ağır miras qoyub ki, gələcək hakimiyyətlərin bundan xilas olması demək olar ki, mümkünsüzdür”, – deyə sabiq prezident bildirib. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ