RU
Təranə Nazəninin şərəf və ləyaqətinin alçaltmasına görə 10 min yox, cəmi...
11:58
1460

Təranə Nazəninin şərəf və ləyaqətinin alçaltmasına görə 10 min yox, cəmi...

Müğənnilər Təranə Qumral və Nazənin Salayevanın Apellyasiya Məhkəməsi baş tutub.

Məhkəmə qərarına əsasən müğənni Təranə Qumral həmkarı Nazənin Salayevanın şərəf və ləyaqətinin alçaltmasına görə 10000 ( on min ) manat yox, cəmi 500 manat ödəyəcək: 

Təranə Nazəninin şərəf və ləyaqətinin alçaltmasına görə 10 min yox, cəmi...

7News.Az-a bu barədə Təranə Qumralın vəkili Vüqar Səfərli ətraflı məlumat verib: 

"Qısa olaraq bildirirəm ki, icraatımda olan və bir ildən artıq davam edən məlum məhkəmə işinin Apellyasiya mərhələsinə nöqtə qoyuldu. Bakı Apellyasiya Məhkəməsi hüquqlarını müdafiə etdiyim İbrahimova Təranə Xeyrulla qızı və Musayev Musa İnqilab oğlu tərəfindən, Xətai rayon məhkəməsinin 06.07.2015- ci tarixli qətnaməsindən verilən apellyasiya şikayətini qismən təmin etdi. Bakı Apellyasiya Məhkəməsi 14.01.2016- cı il tarixli qətnaməsi ilə , 1-ci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin təhqirə görə mənəvi ziyanın əvəzi kimi Salayeva Nazəninin xeyrinə İbrahimova Təranə Xeyrulla qızından 10000 ( on min ) manat tutulması hissəsini ləğv edərək, mənəvi ziyanın əvəzi kimi Təranə xanımından Salayeva Nazəninin xeyrinə cəmi 500 ( beş yüz) manat tutulmasını müəyyən etdi. Düşünürəm ki, Bakı Appelyasiya Məhkəməsinin qəbul etdiyi qətnaməni hüquqlarına müdafiə etdiyim İbrahimova Təranə Xeyrulla qızının və onun həyat yoldaşı Musayev Musayev Musa İnqilab oğlunun adına uğurlu hesab etmək olar. Qeyd etmək istəyirəm ki, iş üzrə qarşı tərəfin verdiyi Appelyasiya şikayəti isə məhkəmə tərəfindən tamamilə əsassız hesab edilərək, rədd edildi".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ