Bir neçə dəfə cərrah bıçağı altına uzanıb. Söhbət Çində yaşayan 15 yaşlı Lee He Danae-dən gedir.
7News.Az bildirir ki, yaşının az olmasına baxmayaraq, təbii gözəllikdən çox uzaq düşən Lee-ni belə bir addım atmağa vadar edən isə onu tərk edib gedən sevgilisi olub. Ayrılığı sırf xarici görünüşü ilə əlaqələndirən 15 yaşlı çinli yaxınlarının bütün narazılıqlarına baxmayaraq, inadından əl çəkməyib və plastik əməliyyatlara müraciət edib. Bunun üçün isə nə az, nə çox 150 min dollar xərcləyib.
Hazırda istədiyi bədən quruluşuna, incə buruna, iri gözlərə sahib olsa da, o, bunun hələ son olmadığını deyir və növbəti əməliyyatlara hazırlaşır.O ki qaldı bütün bu fədakarlıqlardan sonra sevgilisinin ona geri dönüb dönməyəcəyinə bu hələki sual atındadır.








