RU
Terror aktı hazırlayan Rusiya vətəndaşları məhkəməyə çıxarıldı — Türkiyədə
21:30
364

Terror aktı hazırlayan Rusiya vətəndaşları məhkəməyə çıxarıldı — Türkiyədə

Türkiyə məhkəməsi 9 nəfər İŞİD terrorçusunun işinə baxır


7news.Az xəbər verir ki, terrorçulardan 7 nəfəri Rusiya vətəndaşıdır. 

Müttəhimlər radioqurğu vasitəsilə idarə edilən təyyarələrdən istifadə edərək İstanbulda terror aktı törətməkdə şübhəli bilinir.

Müttəhimlər arasında Zəlimxan Tsaysayev, Aza Belcaxoba, Zöhrə Borçaşvili, Salman Dakayev, Kiuri Xatsayev, Bekham Əlimxanov, Hassan Ortsxo, Fuat Güneş və Fatma Atıntaş var. Məhkəmədə rus dilindən tərcüməçi dəvət edildiyi bildirilir.

İttiham aktına əsasən, şübhəlilər 2016-cı ilin iyun ayında terror aktı törətməyi planlaşdırıblar. Terrorçular hücum yerində kəşfiyyat işləri aparanda həbs ediliblər.

Müttəhimləri 15 illik həbs cəzası gözləyir.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ