RU
`Terror aktları bizi ciddi narahat edir`
16:06
819

`Terror aktları bizi ciddi narahat edir`

“Tarix boyu müxəlif sivilizasiyalar arasında mənəvi körpü rolunu oynayan Azərbaycan bu gün də öz rolunu davam etdirir”.

7News.Az xəbər verir ki, bunu BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində baş tutan “Dini zorakılıq və ekstremizm: Qarşısını alma çağırışılar” adlı panel müzakirəsində çıxışı zamanı Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə deyib.

QMİ sədri qeyd edib ki, müasir dövrdə milli və dini zəmində baş verən münaqişələrə qarşı ənənəvi dinnərin sülh, ədalət və mənəvi əxlaq prinsipləri ilə yanaşı, birgə yaşayış modellərindən də istifadə edilməlidir.

“Təəssüf ki, son zamanlar dünyada bir sıra faciəvi hadisələr dini və milli zəmində ekstremizmin tüğyan etməsinə təkan verib. Bu gün İŞİD adlı terror təşkilatı və digər ifrat cərəyanlar İslam adından siyasi məqsədlər üçün istifadəyə xidmət edirlər. Planetimizin müxtəlif güşələrində, Fələstində, Əfqanıstanda, Suriyada, Türkiyə və Fransada törədilən terror aktları bizi ciddi narahat edir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ