Dünən İstanbulda Atatürk hava limanında baş verən terror zamanı azərbaycanlı aktrisa Gülşən Hüseynli də orada olub.
Aktrisa hələ də hadisənin şokundan ayıla bilmədiyini deyib:
"Bakıya gəlməyə hazırlaşırdıq. Hələ də inana bilmirəm ki, sağ qala bilmişik. Bu, möcüzə sayəsində baş verdi".
Hələ də hava limanında olan G.Hüseynli bu gün Bakıya qayıdacaqlarını bildirib. Onun sözlərinə görə, təxminən 30-40 azərbaycanlı hazırda Bakıya dönmək üçün Atatürk hava limanında gözləyir./axsam.az
7News.Az








