Raakın rəftarı son iki gündə sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzuya çevrilib.
7News.az sözcü-yə istinadən xəbər verir ki, ölkəsinə qayıtdıqdan sonra NBC News-a açıqlama verən 35 yaşlı Raak terrorçu tərəfindən vurulduqdan sonra səsini çıxarmadığını və hərəkətsiz şəkildə gözlədiyini bildirib. Terrorçunun yerdə uzanıqlı olan şəxslərə atəş açdığını deyən Raak ombasından vurulduğunu və güllənin dizinə qədər çatdığını deyib: "Vurduğu insanlara təkrarən atəş açırdı. Yerdə uzanıqlı olarkən vuruldum. Amma heç hərəkət etmədim. Yalnız məni vurmasına icazə verdim".
"Əvvəl inanmadım"
Raak sonra sözlərinə "Bəziləri atəş edildiyini söyləyirdi. Amma terrorçunu görənə qədər buna inanmadım" söyləyərək davam edib.
Raakın anası Qreys Raak isə "Associated Press"ə verdiyi açıqlamada oğlunun İstanbula ad günü qeyd etməsi üçün getdiyini deyib.
7News.az







