Adı terrorçunun adı ilə eyni olan şəxsi səhvən 13 il Quantanamo həbsxanasında saxladılar.
ABŞ-ın müdafə nazirliyinin səhlənkarlığı, bir yəmənlinin həyatını alt-üst edib. 2002-ci ildə yaxalanaraq dünyanın ən qəddar həbsxanasına göndərilən Mustafa Əl-Şamirinin, Əl Qaidə terror qruplaşması ilə heç bir əlaqəsinin olmadığı nəhayət təsdiqlənib.
Mustafa Əl Şamiri 2000-ci illərin əvvəllərində Talibanın üzvü olsa da, heç bir terror hücumlarında iştirak etməyib. Amma Əl Qaidə terror qruplaşmasında eyni adda bir terrorçunun bir sıra qətliamlara imza atması, bu şəxsin müqəddəratını həll edib. Terrorçu ilə adaş olan şəxsi yaxalayaraq Quantanamo həbsxanasına göndərən amerikalılar, burda ona 13 il ərzində müxtəlif işgəncələr verib. Amma Pentaqonda aparılarn araşdırmalardan sonra məlum olub ki, həbsxanadakı Mustafa əl Şamiri əslində başqa adamdır. Yenidən hakim qarşısına çıxarılan zərərçəkən, dərhal azadlığa buraxılmağını və özünə yeni bir həyat qurmaq üçün maddi dəstək verilməsini tələb edib.
Qeyd edək ki, 2001-ci ildə Əfqanıstan müharibəsi başlanan ərəfədə yaradılan Quantanamo həbsxanasında indi 107 məhbus saxlanılır. Prezident Barak Obama gələn ilədək təcridxanadakı məhbusların sayını 100-dən aşağı endirməyi planlaşdırır. Quantanamonun bağlanması uzun müddətdir ki, gündəmdədir. Bununla belə, sözügedən istiqamətdə hər hansı bir addım atılmayıb./atv
7news.az








