RU
Terrorçu məsciddə özünü partlatdı
21:20
332

Terrorçu məsciddə özünü partlatdı

Səudiyyə Ərəbistanın Nəcran şəhərində terrorçu-kamikadze məsciddə özünü partladıb.

Bu barədə Al Arabiya telekanalı məlumat yayıb.

Məlumata əsasən, nəticədə azı 2 nəfər ölüb. Xəsarət alanların sayı dəqiqləşdirilir.

Hələ ki partlayışa görə heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib. Hadisənin təfərrüatları müəyyənləşdirilir.

Qeyd edək ki, Nəcran şəhəri Səudiyyə Ərəbistanının cənub-qərbində, Yəmənlə sərhəddə yerləşir./apa

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ