RU
Terrorçulardan biri özünü AZAL-ın satış bürosu önündə partladıb
13:52
1064

Terrorçulardan biri özünü AZAL-ın satış bürosu önündə partladıb

Atatürk hava limanında baş verən terror aktı bütün dünyanın diqqət mərkəzindədir.

Ötən gün hava limanın 3 istiqamətində törədilən partlayışdan biri də “Azərbaycan Hava Yolları” şirkətinin Atatürk Hava Limanındakı satış mərkəzinin önündə olub.

Əlindəki “kalaşnikov” silahı ilə ətrafa atış açan terrorçunu gömrük xidmətinin əməkdaşı zərərsizləşdirib və o yerə yıxılaraq üzərindəki partlayıcını işə salıb.

Sayca üçüncü partlayış olan bu partlayışda terrorçu qaçaraq ikinci mərtəbədə yerləşən bilet satışı mərkəzinə doğru irəliləyib. Burada müxtəlif ölkələrin hava yollarının satış büroları yerləşir ki, partlayış da məhz Özbəkistan və Azərbaycan hava yolları şirkətlərinin qarşısında baş verib.

AZAL-ın satış bürosunun 24 saat işləməməsinə görə satış bürosunda heç kim xəsarət almayıb. Ancaq bir çox hava şirkətləri kimi AZAL-ın da bürosuna ciddi ziyan dəyib.

Qeyd edək ki, Atatürk hava limanında baş verən terror aktı nəticəsində 36 nəfər həyatını itirib./azxeber.com

7News.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ