Yəməndə "Əl-Qaidə" terror təşkilatı hərbi məntəqəyə hücum edib.
Hücumu dəf etməyə çalışan hərbçilər azı 15 nəfər itki verib. Qarşı tərəfdən isə 14 terrorçu zərərsizləşdirilib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, Hadramavtda yerləşən hərbi məntəqənin yaxınlığında hücum kamikadzenin özünü partlatmasından sonra həyata keçirilib. Lakin binaya soxulmaq istəyən silahlılar ciddi müqavimətlə üzləşib. Şahidlərin iddiasına görə, 25-30 terrorçudan ibarət dəstə ağır silah və qumbaratanlarla hərbi məntəqəni atəşə tutub. Dərhal bölgəyə əlavə ordu qüvvələri göndərilib. Qızğın döyüşlər hələ də davam edir.
Bildirilir ki, Ərəb yarımadasındakı Hadramavt məntəqəsi, "Əl-Qaidə" terrorçularının ən fəal olduğu ərazilərdən biridir. Bu ilin əvvəlindən həmin ərazilərdə nəzarəti əldən verən terrorçular, mütəmadi olaraq hərbçiləri hədəf alır.
7news.az








