RU
Terrorçulardan xilas olan 13 yaşlı qız başına gələnləri danışdı:
17:25
671

Terrorçulardan xilas olan 13 yaşlı qız başına gələnləri danışdı: "Məni məcbur edirdilər ki..."

PKK-nın oğurladığı 13 yaşlı qız uşağı başına gələnlərdən danışıb.

7News.az xəbər verir ki, Hakkaridə evinin qarşısından oğurlandıqdan sonra terror təşkilatı PKK-nın Kandil və Hakurk düşərgələrində 3 ay zorla saxlanılan 13 yaşlı K.Y. təhlükəsizlik qüvvələri tərəfindən xilas edilib.

PKK-nın sığınacaqlarını cəhənnəm adlandıran 13 yaşlı qız deyib:

"Təyyarələr gəldiyində çox qorxurlar, yerlərindən belə tərpənmir, susurlar. Kəşfiyyat gedənə qədər sakit dururlar. Bir gecə onlar yatanda təkbaşıma qaçdım. Onların içində ingiliscə danışan silahlılar var idi. Onlara: "Əvvəl-axır anamın, atamın yanına gedəcəyəm", - deyirdim. Şamda olarkən qaçıb gəldim. Məni oğurladıqdan sonra hərbi paltar verdilər. Geymək istəmədim, məcbur etdilər. "Yoxsa səni öldürəcəyik" dedilər. Geydim, o formada şəklimi çəkdilər".//big.az
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ