RU
Terrorçuluğa dəstəkdə günahlandırılan azərbaycanlı beynəlxalq axtarışa verildi
13:10
260

Terrorçuluğa dəstəkdə günahlandırılan azərbaycanlı beynəlxalq axtarışa verildi

İnterpol daha bir azərbaycanlı barədə beynəlxaq axtarış elan edib.

7News.Az Trend-ə istinadən xəbər verir ki, 1992-ci ildə Qax rayonunun Güllük kəndində anadan olan Elnur Rəcəboğlu terror qruplaşmasına dəstək verməkdə təqsirləndirilir.

27 yaşlı azərbaycanlı barədə Azərbaycanın istintaq orqanı cinayət işi başlasa da, o, istintaqdan yayınıb.

Məhkəmə E.Rəcəboğlu barədə həbs qəti imkan tədbirinin seçilməsi barədə qərar qəbul edib. Həmin qərar əsasında "İnterpol" E.Rəcəboğlu barədə beynəlxalq axtarış elan edib.
 
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ