RU
Terrorçunun cənazəsini aparmaq üçün heç kim maşınını vermədi - FOTOLAR
17:53
439

Terrorçunun cənazəsini aparmaq üçün heç kim maşınını vermədi - FOTOLAR

İzmirdə Məhkəmə binasına bomba yüklü avtomobil və silahlarla hücumu təşkil edən terrorçulardan E.Y.-nin anası və atası, övladlarının cənazəsini almaq üçün İzmirə gəlib. Muğlada yaşadıqları öyrənilən valideynləri ifadələrinin alınması üçün təhlükəsizlik idarəsinə aparılıb.

Valideynləri oğullarından 4 ildir xəbər ala bilmədiklərini deyiblər.

7News.az hürriyet-ə istinadən xəbər verir ki, İzmirdə Böyükşəhər Bələdiyyəsi daxil olmaqla, şəhərdə cənazə xidməti təqdim edən heç bir firma terrorçunun cəsədinin aparılması üçün avtomobil verməyib. Bundan sonra ailə üzvləri İstanbuldakı qohumlarından birinin avtomobili ilə terrorçu övladlarının cəsədini dəfn etmək üçün Muğlaya aparıblar. 

7News.az 



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ