RU
Terrorda iki ABŞ vətəndaşı ölüb
12:08
1126

Terrorda iki ABŞ vətəndaşı ölüb

"İstiklal caddesi"ndə baş verən terror hadisəsi həm Ağ Saray, həm də ABŞ Xarici İşlər Nazirliyi tərəfindən sərt bir şəkildə qınanıb.

7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, partlayışda həyatını itirən 2 nəfər ABŞ vətəndaşı olub. XİN rəsmisi John Kirbi yazılı açıqlamasında araşdırmalar zamanı türk vəkilləri ilə daim əlaqədə olduqlarını bildirib.

Terrorda həyatını itirənlərə başsağlığı verən Kibri bundan sonra ABŞ-ın ölkədə sülh və əminamanlıq yaratmaq istəyənlərə dəstəyini daha da artıracağını qeyd edib.

Ağ ev rəsmisi Ned Price də açıqlamasında İstanbulda baş verən terroru çirkin əməl adlandırıb. Ölənlərdən ikisinin Amerika vətəndaşı olduğunu təsdiqləyən rəsmi ölənlərin ailələrinə səbr diləyib, Türkiyədə baş verən bu terror hadisələrinin tez bir zamanda sona çatmasının vacib olduğunu vurğulayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ