RU
“Tərtər işi” ilə bağlı çıxışları ilə tanınan Abid Qafarov həbs edildi
22:16
58

“Tərtər işi” ilə bağlı çıxışları ilə tanınan Abid Qafarov həbs edildi

"Bakı Birlik Təşkilatı" İctimai Birliyinin sədri, KİM.TV Youtube kanalının aparıcısı Abid Qafarova qarşı xüsusi ittihamı qaydasında şikayətə baxılıb.

Yasamal rayon Məhkəməsində keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, Abid Qafarov 1 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Abid Qafarova qarşı Vətən müharibəsi veteranları Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında iddia qaldırıb.

A.Qafarov "Tərtər işi" ilə bağlı çıxışları ilə tanınır./apa
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ