Tərtər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun mərkəzi ərazisində qeydə alınıb. Avtomobil yolu keçən 2005-ci il təvəllüdlü Çıraqzadə Fərid Namiq oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
7NEWS.Az







