Tərtər rayonunda dəm qazı daha bir nəfərin həyatına son qoyub.
Trend xəbər verir ki, şəhərin Nicat İsgəndərov küçəsində yaşayan 2003-cü il təvəllüdlü Rəsul Elşad oğlu Həsənov yaşadığı evdə dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.









