RU
“Tərtərdə atışma davam edir”
20:04
1266

“Tərtərdə atışma davam edir”

“Tərtər rayonunun yaşayış məntəqələrinin erməni silahlı bölmələri tərəfindən atəşə tutulması hazırda davam edir”.

7news.Az xəbər verir ki, bunu Trend-ə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məlumat verib.

M.Məmmədov deyib ki, ermənilər artilleriyadan Tərtər rayonunun Qəzyan kəndinin ərazisini atəşinə tuturlar: "Atışma davam edir. Mərmilər əkin sahələrinə düşüb".

Qeyd edək ki, bu gün Müdafiə Nazirliyinin yaydığı məlumatda saat 18:20 radələrindən etibarən Ermənistan silahlı bölmələri tərəfindən Tərtər rayonunun Qəzyan kəndinin ərazisi 120 millimetrlik minaatanlardan atəşə tutulmağa başlayıb.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ