Tərtər rayonunda bacısının boğazını kəsən şəxs tutulub.
Hadisəni törədən Taleh Alızadə Tərtər rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində saxlanılıb./apa
-------
İlkin məlumata görə, hadisə qısqanclıq zəminində törədilib.
Tərtər rayonunda qardaş bacısının boğazını kəsib.
Hadisə rayonun Evoğlu kəndində qeydə alınıb.
Kənd sakini, 1994-cü il təvəllüdlü Alızadə Cəmilə Valeh qızı boğaz nahiyəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Onun vəziyyəti ağır qiymətləndirilir.
İlkin məlumata görə, hadisəni C.Alızadənin qardaşı qısqanclıq zəminində törədib.
Faktla bağlı Tərtər polisi tərəfindən araşdırma aparılır./apa
7News.Az








