RU
Tərtərdə ermənilərin ziyan vurduğu evlər
10:36
853

Tərtərdə ermənilərin ziyan vurduğu evlər

“Ötən gecə atışma olmayıb. Hazırda Tərtərdə sakitçilikdir və vətəndaşlar gündəlik təsərrüfat işləri ilə məşğul olurlar”

Bu barədə 7News.Az-a Tərtərin icra başçısı Müstəqim Məmmədov bildirib.

İcra başçısı qeyd edib ki, erməni təxribatı nəticəsində tamamilə dağılan və zərər dəyən evlərlə bağlı məlumatlar hazırlanıb Dövlət Komissiyasına təqdim edilir. 

M.Məmmədovun sözlərinə görə, Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik tərəfindən ziyan dəyən evlər təmir edilir.

“Aprel ayının 2-dən 5-dək olan müddətdə ziyan çəkən evlərin bərpası yekunlaşmaq üzrədir. Tamamilə dağılan evlərlə bağıl əlavə sərəncam gözlənilir”. 

İcra başçısı, həmçinin vurğulayıb ki, sıradan çıxan işıq və qaz xətləri tam bərpa olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ