RU
Tərtərdə naməlum heyvan skeleti tapılıb - FOTO
14:40
119

Tərtərdə naməlum heyvan skeleti tapılıb - FOTO

Tərtər rayonunda naməlum heyvan skeleti aşkarlanıb.

Rayonun Hüsənli kənd sakini Rafiq Əli oğlu Qasımov evində təmir işləri apararkən köhnəlmiş döşəmənin altından skelet aşkar edib.

Kənd sakini "Report"un yerli bürosuna bildirib ki, skeletdə əsas diqqətçəkən məqam onun ön ayaqlarının olmamasıdır. Bu da tapılan skeletin hansı heyvana məxsus olmasını müəyyən etməkdə çətinlik yaradır.
Skeletdə köpək dişlərin olması heyvanın yırtıcı olduğunu deməyə əsas verir./report
 
 


 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ