RU
Tərtərdə nə BAŞÇI
13:50
1567

Tərtərdə nə BAŞÇI

Emil Məmmədovun Azad Qaraqoyunlu kənd icra nümayəndəsi ilə işbirliyi ortaya çıxıb. ƏƏSM əməkdaşınında bildirdiyi kimi onların yerli maklerəri var ki, bunlara cəmiyyətdə cra nümayəndəsi adı ilə ƏƏSM əməkdaşlarının dili ilə desək makler adlandırılır. 

BakuNews.az dəfələrlə bu barədə yazsada, nə nazir Səlim Müslümov yerli nümayəndəsinə güldən ağır söz deyə bildi, nə də İcra başçısı nümayəndəsini işbazlığına görə cəzalandıra bilmədi. Bu yerdə atalar misalın stat gətirməsək olmur. “Görünən dağa bələdçi gərək deyil”. Arxası güclü olan məmura nazir yaxuda başçı nə edə bilər ki, axı bura Azərbaycandır burda qanun şah yox, şah qanundur desək yanılmarıq. 
Vətəndaşların bildirdiyinə görə, icra nümayəndəsi Nazim Xəlilov nəyin ki, sosial yardım biznesinə girişib hətta cürətinin yüksəkliyi o həddə çatıb ki, uşaq olmayan baxçanın adına köçürülən müəllim və işçi heyyətindən aylıq hərrac almaqdan belə çəkinmir. 

Tərtər rayonu ƏƏSM şəbə müdir təyinatın yenicə alan bu şəxs işin dərinliklərini o qədər mükəməl əzbərləyib ki, çatar çatmaz yerli nümayəndələrlə işbirliyinə gedərək yaxşıca pullar qazanmaqdadır. Hətta rayon sakinlərindən biri Emil Məmmədovun restoranlardan birində nahar edərkən yanında olan şəxslə söhbətinin şahidi olub. Emil söhbət əsnasında bildirib ki, mən müdir gəlmək üçün 120.000 manat pul vermişəm təbbi ki, bu pulu çıxarmalıyam hardansa buna görə isə mənə heçkəs heçnə edə bilməz. Qulaq şahidi olduğu bu səmimi söhbəti əməkdaşımıza nəql edib. Vətəndaş bildirir ki bu insanlar gündəlik ən az restoranlarda xərclədikləri pulları təsəvür edin ki, bir az təminatlı ailəyə verilən yardımdan çoxdur. Bu belə olduğu halda idarənin tərkibində qurulan rüşvət mexanizminin səlis işlədiyi tam şəkildə aydın olur.

Hətta bu şəxsin yenicə təyin edilməsi ilə bağlıda məlumatın dəqiqləşdirdik ki, ƏƏSM əməkdaşı Həccər xanımla telefon əlaqəsi zamanı bildirdi ki, Emil müəllim heç ikiay deyil ki, rayonumuza təyin edlib. Amma onun kassiri olan Elşad adlı şəxs bir illdir ki həmin müəsissədə fəaliyyət göstərir. Elşad kənd və qəsəbələr üzrə mütəxəsisləşib ki, nümayəndələrlə bir başa alveri süpür səviyyədə gördüyü üçün isə Emil Məmmədov onu şəxsi kassiri edib.
Bizi izləyin... ardı var.. /BakuNews.az

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ