Tərtərdə qohumunu qətlə yetirməkdə təqsirləndirilən Ərəstun Orucovun məhkəməsi başlayır.
Cinayət iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Faiq Mahmudovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclası yanvarın 24-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin sentyabrında Tərtər rayonu, Seydimli kəndi ərazisində qeydə alınıb.
İttiham altına görə, Ə.Orucov qohumu 1970-ci il təvəllüdlü Müşviq Orucovu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqlayaraq qətlə yetirib.
Ə.Orucova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.








