RU
Tərtərdə qonşusunu qətlə yetirən şəxsə hökm oxunub
22:40
851

Tərtərdə qonşusunu qətlə yetirən şəxsə hökm oxunub

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tərtər rayonunda qətl törətməkdə təqsirləndirilən Nail Hümbətovun cinayət işi üzrə məhkəmə istintaq başa çatıb.

Hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı alan məhkum apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsi onun şikayətini təm etməyib.

Qeyd edək ki, 2020-ci il mayın 8-də Tərtər şəhərinin Cavanşir küçəsində yaşayan Hümbətov Naib Nadir oğlu Daxili İşlər Nazirliyinin "102 Zəng Mərkəzi” Xidmətinə müraciət edərək yaşadığı evin yaxınlığında kişi meyiti olduğu barədə məlumat verib.

İlkin araşdırma zamanı müəyyən olunub ki, Tərtər sakini, 1980-ci il təvəllüdlü Zeynalov Xətai Sabir oğlu həmin gün gecə saatlarında qonşusu N.Hümbətov tərəfindən bıçaqlayaraq öldürüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Daha sonra N.Hümbətov saxlanıb.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ