RU
Tərtərdən acı xəbər: 6 nəfər yaralandı
10:50
670

Tərtərdən acı xəbər: 6 nəfər yaralandı

Tərtərdə 6 nəfərin xəsarət almasına səbəb olan yol qəzası baş verib. "Hyundai" markalı avtomobil hərəkətdə olarkən qarşısına at çıxıb. İdarəetmədən çıxan avtomobil qarşıdan gələn "VAZ 2115" markalı digər minik maşını ilə toqquşub. Nəticədə 4 nəfər Tərtər, 2 nəfər Mingəçevir sakini müxtəlif bədən xəsarəti ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda xəsarət alanların kimliyi araşdırılır.
 
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ