RU
Tərtərin icra başçısının anoloqsuz təhsil islahatları
00:33
1891

Tərtərin icra başçısının anoloqsuz təhsil islahatları

Tərtər təhsilindəki yeni metodlar, daha doğrusu, icra başçısının əcaib tapıntısı barədə Moderator.az - a aşağıdakı məzmunda müraciət daxil olub, müəllif nazirlikdən problemə əncam çəkilməsini xahiş edir:

"Ölkədə təhsilə, dəxli oldu-olmadı, müdaxilə etmək az qala məmurların hobbisinə çevrilib. Şəhərdə az nəzərə çarpsa da rayonlarda icra hakimiyyətinin səlahiyyətliləri işə gedəndə, qayıdanda, işləri tərs gətirəndə də, hansısa orta məktəbə girər, yoxlama adıyla, yalançı şikayətin adıyla məktəb direktorunu, dərs hissə müdirini çək -çevirə salar, başçının "bu işi" nəzarətə götürdüyünün xəbərdarlığını edib, "hörmət" etməyi pıçıldayıb gedirlər.
Tərtər rayonunda isə bu işə şəxsən rayon icra başçısı Müstəqim Məmmədov özü girişib, heç kəsə aman vermir. İcra başçısı tez-tez orta məktəblərdə peyda olub, sinifə girir, şagirdləri sayır, vay o gündən də iki - üç uşaq dərsə gəlməyə. Məktəbin direktoru, müəllimlər başda təhsil şöbəsinin müdürü Surxay Quliyev olmaqla icra başçısının "bığının altından" keçməlidir. Elə bilirsiniz başçı təhsilə qayğı dərdindən bunları edir? Yox, rayonda təhsil və səhiyyədən başqa iş yeri yoxdu axı.Yeni iş yerləri açmaq başçının ağlının ucundan da keçmir.

Son günlərsə başçı yeni metod tapıb. Təhsil şöbəsinin müdirinə tapşırıb ki, dərs cədvəllərini dəyişin. Elə edin ki, səhər tezdən dərsə gələn müəllim birinci dərsini keçəndən sonra 5 saat otursun məktəbdə, bir də sonuncu saatda dərsini desin. Yəni 5 saat boş - bekar oturub gözləsin ki, növbəti dərsi olacaq. İlin əvvəlindən tutulan cədvəl dəyişsin. Hansı müəllim razı deyilsə başçının tasına düşməlidir. Süpürgə pulu, xadimə pulu, təmir pulu yetmədi, indi də cədvəl dəyişib pul toplamaq lazımdı.Tərtərin icra başçısı üçün devalvasiyanın kompensasiyası cədvəl dəyişmədən keçir deyəsən. Təhsil şöbəsi də bu qanunsuzluğa "baş üstə" deyir.

Hörmətli redaksiya, sizin vasitənizlə Təhsil Nazirliyi rəhbərliyinə müraciət edirik ki, Tərtər təhsilindəki yaranmış bu ajiotaja bir əncam çəksinlər, yoxsa ilin - günün bu vaxtında yeni narazılıq dalğası kimə lazımdır?!/moderator.az

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ