7NEWS.az xəbər verir ki, Teslanın Almaniyadakı rəhbərliyi noyabr ayından etibarən 11.000 işçiyə 4% artım verəcəklərini açıqladı. Həmkarlar ittifaqları daha əvvəl bəyan etmişdilər ki, Teslanın alman işçiləri orta sənaye səviyyəsindən aşağı əmək haqqı alırlar. Mövzuya yaxın mənbələrdən WSJ-yə verilən məlumata görə, Tesla inflyasiyanı tarazlaşdırmaq və fevral ayından etibarən alman işçilərinin illik maaşlarını 2500 avro artırmaq üçün dekabr ayında 1500 avro mükafat ödəməyə qərar verib.
7NEWS.az








