ABŞ-ın Texas ştatını son 12 ilin ən güclü fırtınası öz cənginə alıb.
7news.Az xəbər verir ki, "Harvey" qasırğası adlandırılan fırtına şiddətli külək və leysan yağışlarına səbəb olacaq.
209 km/saat sürətlə hərəkət edəcəyi gözlənilən qasırğa haqqında danışan mütəxəssislər "sürətlə güclənir və kateqoriyası artır"-deyiblər.
Rəsmilər ştatda fövqəladə vəziyyət elan ediblər.
7news.Az








