RU
Texasda kilsəyə silahlı hücum baş verib
14:40
34

Texasda kilsəyə silahlı hücum baş verib


ABŞ-da Leykvud kilsəsinə girən qadın uzun lüləli silahla atəş açıb. İşdən kənar iki mühafizəçi hücumçunu öldürüb, qadının yanında olan uşaq da daxil olmaqla iki nəfər yaralanıb.

7NEWS.az xəbər verir ki, ABŞ-ın Texas ştatının Hyuston şəhərində bir qadın Leykvud kilsəsinə silahlı hücum edib. ABŞ-ın ən böyük yevangelist kilsələrindən birinə girərək atəş açan qadın vəzifədən kənar iki mühafizəçi tərəfindən öldürülüb. Hücum zamanı hücumçunun yanındakı uşaq da daxil olmaqla 2 nəfərin yaralandığı açıqlanıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ