RU
Texasda meşə yanğınları zamanı 1 milyon hektar ərazi külə döndü
11:40
59

Texasda meşə yanğınları zamanı 1 milyon hektar ərazi külə döndü


7NEWS.az xəbər verir ki,  ABŞ-ın Texas ştatının şimalındakı Panhandle bölgəsində fevralın 26-da başlayan meşə yanğınlarını söndürmək mümkün deyil. Texas A&M Meşə Xidmətinin məlumatına görə, 5 fərqli yerdəki yanğınlarda indiyədək 1 milyon hektar ərazi yanaraq kül olub. 5 yanğının ən böyüyü və əyalət tarixində ikinci ən böyük yanğın olan Smokehouse Creek yanğınında 850 min hektar ərazi yanaraq kül oldu. Hutchinson County İctimaiyyətlə Əlaqələr Koordinatoru Deidra Thomas, Stinnett şəhərində 83 yaşlı bir qadının bölgədəki meşə yanğınında öldüyünü açıqladı. Yanğın qonşu Oklahoma ştatına da keçib və 31 min 600 hektar ərazini külə çevirib. Ştatda ən azı 13 ev yararsız hala düşüb. Hər iki ştatda alovla mübarizə davam edir.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ