Suriyanın Hələb şəhərindən mülki əhalinin və müxaliflərin təxliyyəsi davam edir.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu indiyə qədər 7 min nəfərin təxliyyə olunduğunu açıqlayıb.
Rusiya Müdafiə Nazirliyi son 24 saatda altı min nəfərin Hələbdən çıxarıldığını bildirib.
Məlumata görə, təxliyyə edilənlərin yarısı müxalif döyüşçülərdir.
BMT-nin məlumatına görə, şəhərdə təxliyyə olunmaq üçün gözləyən 50 min insan var.
7News.az









