Azərbaycanda daha bir bankın lisenziyası ləğv olunub.
Mərkəzi Bank ötən gün keçirilən iclasında “Texnika Bank”ın lisenziyasının ləğv olunması ilə bağlı qərar qəbul edib və gün ərzində AMB-nin rəsmi qərarı açıqlanacaq.
“Texnika Bank” Müşahidə Şurasının sədri Etibar Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, dövlət orqanları qərarı nə olacaqsa, ona hörmətlə yanaşacağıq: “Bir müddət əvvəl bankın dirçəldilməsi ilə bağlı qərara necə hörmətlə yanaşmışdıqsa, bu dəfə elə olacaq. Amma bankın lisenziyasının ləğv edilməsi barədə məlumatım yoxdur. Rəsmi qurumun qərarını gözləmək lazımdır”. qafqazinfo
***
Artıq bankın əməkdaşlarına lisenziyanın ləğv olunması ilə bağlı məlumat verilib.
7News.Az








