RU
“Texnikabank”ın səhmdarları dəyişdi
16:32
622

“Texnikabank”ın səhmdarları dəyişdi

Bank məlumat yaydı.

“Texnikabank” ASC-nin səhmdarlarının strukturunda dəyişikliklər baş verib.

Bu barədə bankdan bildirilib.

“Ən iri səhmdar 87,06%-lik paya sahib olan Əliyev Etibar Mahmud oğludur. Bankın digər səhmdarları 4,9%-lik paya sahib olan Dəmirov Allahverdi Huseyn oğlu və 8,04%-lik paya sahib olan Cabbarov Mirfalax Cabbar oğludur.

Bundan öncə bankın səhmdarları “Beaufort Investissements S.A.” şirkəti (78,4421%) və fiziki şəxslər (21,5579%) olub”.

Qeyd edək ki, bankın nizamnamə kapitalı 75,1 mln. manat təşkil edir.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ