RU
Teymur Rəcəbovun üçüncü yer uğrunda görüşəcəyi rəqib məlum oldu - YENİLƏNİB
00:42
1204

Teymur Rəcəbovun üçüncü yer uğrunda görüşəcəyi rəqib məlum oldu - YENİLƏNİB

Çempionlar Turunun "Opera Euro Rapid" adlanan mərhələsində çıxış edən Teymur Rəcəbovun 3-cü yer uğrunda görüşəcəyi rəqibi məlum olub.

Həmyerlimiz fransalı Maksim Vaşye-Laqravla üz-üzə gələcək.

Final görüşündə isə norveçli dünya çempionu Maqnus Karlsenlə ABŞ təmsilçisi Uesli So üz-üzə gələcəklər.

 

21:50

Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsində çıxış edən Teymur Rəcəbov bu gün yarımfinalda növbəti görüşlərini keçirib.

Həmyerlimiz ABŞ təmsilçisi Uesli So ilə görüşüb. 

Rəqibinə 1,5:2,5 hesabı ilə uduzan Rəcəbov finala vəsiqə qazanmaq üçün bugünkü dörd qarşılaşmanın yekununda qalib olmalı, daha sonra isə tay-breyk və ya armageddon qələbə ilə ayrılmalı idi.

Lakin ilk iki partiyadan heç-heçə ayrılan Teymur üçüncü görüşdə məğlub olduqdan sonra 4-cü qarşılaşmanın mənası qalmayıb. Beləliklə 2:1 hesabı ilə uduzan şahmatçı finala çıxmaq şansını əldən verib.

Teymur sabah üçüncü yer uğrunda mübarizə aparacaq. Onun rəqibi Maqnus Karlsen (Norveç) - Maksim Vaşye-Laqrav (Fransa) cütünün məğlubu olacaq.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ