Perunun Masamari hava limanında An-32 hərbi təyyarəsi polis məntəqəsinə çırpılıb.
Bu barədə "El Comercio” nəşri məlumat yayıb.
Məlumata əsasən, hərbi təyyarə eniş zolağından çıxaraq polis məntəqəsinə dəyib. İlkin ehtimala görə, qəzaya təyyarənin əyləc sistemində yaranan problem səbəb olub.
Qəza zamanı təyyarənin göyərtəsində 70-ə yaxın hərbçi olub. Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.
Faktla bağlı araşdırma davam edir./qafqazinfo
7news.Az








