RU
Təyyarə qəzası
19:30
575

Təyyarə qəzası

Hindistanın paytaxtı Dehlidə insan tələfatı ilə nəticələnən təyyarə qəzası baş verib.

Sərhədə nəzarət qüvvələrinə məxsus təyyarə havalandıqdan qısa müddət sonra yerə çırpılıb. Nəticədə nəqliyyat vasitəsindəki 10 nəfər dünyasını dəyişib. Rançi şəhərinə uçan iki mühərrikli təyyarənin texniki nasazlığa görə qəzaya uğradığı güman edilir. Hadisədən sonra əraziyə təcili tibbi yardım maşınları cəlb olunub, bununla belə faciədə sağ qalanların olmadığı açıqlanıb. Hindistanda özəl avia şirkətlərin və gündəlik uçuşların sayının sürətlə artmasına baxmayaraq təhlükəsizlik standartları demək olar ki, yüksək səviyyədədir.

Ciddi fəsadla nəticələnən son qəza 2010-cu ildə baş vermişdi.

Hadisədə 160 nəfər dünyasını dəyişmişdi./atv

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ